
Fransa səfir Çarlz Kuşnerin ölkədə antisemitizmin artması ilə bağlı açıqlamalarına görə ABŞ səfirliyinə etiraz edib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat dərc olunub.
"Səfirin bəyanatları qəbuledilməzdir. Bunlar beynəlxalq hüquqa, xüsusən də dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir… Bundan əlavə, onlar Fransa ilə ABŞ arasında transatlantik münasibətlərin səviyyəsinə və müttəfiqlər arasında mövcud olmalı etimada uyğun gəlmir", - deyə mətndə qeyd edilib.
Açıqlamada bildirilib ki, ABŞ səfiri bu gün Fransa XİN-ə çağırılacaq.
Bundan əvvəl ABŞ-nin Fransadakı səfiri Kuşner ölkə prezidenti Emmanuel Makrona açıq məktub yazıb və orada Fransa hakimiyyətini artan antisemitizmlə mübarizədə kifayət qədər iş görməməkdə ittiham edib.
Paylaş: