Xəbər lenti

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ ilə münasibətlər hazırda ölkəsi üçün ən vacib və prioritet istiqamətlərdən biridir.

Musavat.com xəbər verir ki, Zelenski qeyd edib: “Biz ABŞ ilə münasibətlərdə maksimum məzmun və konkretlik axtarırıq. Təəssüf ki, rus tərəfi görüşlər və hadisələrin gələcək inkişafı ilə bağlı mənfi siqnallar verməyə davam edir. Hər gün şəhər və kəndlərimizə raket və hava hücumları edilir, yeni qurbanlar və dağıntılar yaranır. Bu, bizim üçün ciddi çağırışdır”.

Prezident əlavə edib ki, Rusiya yalnız güclü beynəlxalq təzyiq və sərt cavab tədbirləri ilə hesablaşacaq:

“Biz gözləyirik ki, dünya birliyi Rusiyanın bu hərəkətlərinə qarşı konkret təzyiq göstərəcək. Vacibdir ki, Rusiyadan real diplomatik addımlar görək, sadəcə bəyanatlar yetərli deyil. Sülhə aparan yolda addımlar yalnız Moskvanın özündən gəlməlidir”.

Zelenski həmçinin Ukrayna tərəfinin davam edən hücumlar qarşısında öz müdafiə qabiliyyətini artırdığını, lakin beynəlxalq dəstəyin həlledici olduğunu vurğulayıb: “Ordumuz güclüdür, ancaq hər gün itki veririk. Diplomatiya və beynəlxalq təzyiq Rusiyanı geri çəkilməyə məcbur edə bilər. Hazırda əsas məqsədimiz sülhə və təhlükəsizliyə nail olmaqdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 586          Tarix: Bu gün, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma