Xəbər lenti

"Vaşinqtonda imzalanan bəyannamə və paraflanmış sülh sazişi İrəvan və Bakının qarşılıqlı maraqlarına əsaslanır".

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

"Sənədlərdə sırf bir tərəf üçün faydalı, digər tərəf üçün isə zərərli olan bir müddəa yoxdur", - Mirzoyan qeyd edib.

O əlavə edib ki, əldə olunan razılaşmaların pozulma ehtimalı çətin qiymətləndirilir və bütün məqamlar hər iki tərəf üçün vacibdir.

Yekun sülh sazişinin imzalanmaması, yalnız paraflanması ilə bağlı sual barədə Mirzoyan bildirib ki, bir sıra məsələlər hələ həll edilməli və mühüm işlər görülməlidir.

Mirzoyan Ermənistanın Türkiyə sərhədləri açmağa hazır olduğunu bəyan edib, ancaq bunun Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalandıqdan sonra baş verə biləcəyini vurğulayıb.

"İndi sülh sazişi paraflanıb və mənim məntiqim belə qənaətə gəlir ki, razılaşmadan sonra Ermənistan-Türkiyə infrastrukturlarının açılışı da olacaq. Türkiyə də infrastrukturların tez bir zamanda açılmasında maraqlıdır. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoqumuz var", - deyə nazir bildirib.




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: Bu gün, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma