Xəbər lenti

İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakiri Sərdrudi erməni həmkarı ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Görüşdə MDB məkanında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və İranın İrəvan üzərindən Rusiyaya çıxış marşrutunun açılması müzakirə olunub.

Məlumata görə, tərəflər dayanıqlı dəmir yolu daşımalarının təşkili, marşrut üzrə daşına biləcək yüklərin müəyyən edilməsi və ekspeditor şirkətlərin fəaliyyətinin işə salınması məsələlərinə toxunublar.

Danışıqlarda Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşma kontekstində Şimal-Cənub dəhlizinin Naxçıvan marşrutu üzərindən açılmasının mümkünlüyü qeyd olunub. Bu addımın İran–Rusiya dəmir yolu əlaqələrinin qurulmasına şərait yarada biləcəyi vurğulanıb. Tərəflər növbəti görüşün yaxın vaxtlarda Tehranda keçirilməsi barədə razılığa gəliblər.




Ana səhifəyə qayıt        Baxış: 3 023          Tarix: Bu gün, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma