
Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, militarist Yaponiya üzərində qələbənin və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinin qeyd edilməsi münasibətilə bu gün Pekində keçirilmiş təntənəli mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə iki-üç kəlmə danışıb.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
"Problemlər var, lakin biz bu gün Prezident Əliyevlə salamlaşdıq, onunla və həyat yoldaşı ilə salamlaşdım. İki-üç kəlmə danışdıq", - deyə Rusiya lideri Çinə səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında bildirib.
Moskva-Bakı münasibətlərinin vəziyyətini şərh edən Putin vurğulayıb ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətdən və hər hansı bir siyasi konyukturadan irəli gələrək müəyyən məsələlər yaranır:
"Amma mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər halda hər şeyi öz yerinə qoyacaq".
Paylaş: