Xəbər lenti

Ermənistan və Azərbaycan liderləri Kopenhagendə ilk növbədə "Tramp marşrutu" boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilməsinə dair müzakirələr aparıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda danışıb.

"Gizlətmirəm ki, biz Azərbaycan Prezidenti ilə Kopenhagendə elektrik xətlərinin və qaz kəmərinin çəkilməsi məsələsinə toxunduq və qabaqcadan belə qənaətə gəldik ki, onların tikintisi daha tez başa çatmalıdır", - deyə o söyləyib.

Paşinyan ümidvardır ki, sonrakı müzakirələrdə həmin məsələ daha konkret forma alacaq. Bütövlükdə baş nazir hesab edir ki, layihənin gerçəkləşdirilməsinə heç bir maneə yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 2 952          Tarix: Bu gün, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma