Xəbər lenti

Böyük Britaniya, Almaniya, Fransa və ABŞ birlikdə İranın nüvə fəaliyyətinə dair MAQATE-yə yeni qətnamə layihəsi təqdim ediblər.

Musavat.com xəbər verir ki, Reuters-in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, sənəddə Tehranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına tam giriş imkanı verilməsi tələb olunur.

Mənbələr bildiriblər ki, qətnamə layihəsinin 19 noyabrda qəbul edilmə ehtimalı çox yüksəkdir. Sənəd İranın MAQATE ilə əməkdaşlığı gücləndirməsini və agentliyin nəzarət mexanizmlərinə maneələrin aradan qaldırılmasını nəzərdə tutur.

Qətnamənin qəbulu Tehran ilə Qərb arasında nüvə proqramı ətrafında gərginliyi daha da artıra bilər.




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: Bu gün, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma