Xəbər lenti

Rusiya Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyinin açıq və ardıcıl olduğunu bəyan edir. Moskvanın səyləri Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və rifahın təmin edilməsinə yönəlib.

Musavat.com xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Aydındır ki, üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib. Əksinə, bu razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin yol xəritəsini təşkil edir. Biz də öz tərəfimizdən əvvəlki tək Cənubi Qafqaz ölkələri və onların qonşularının marağında olan qarşılıqlı sərfəli həllə nail olmağa yardım etməyə hazırıq", - Zaxarova əlavə edib.

O qeyd edib ki, Moskva İrəvan və Bakının “3+3” formatında növbəti görüşün təşkili ilə bağlı tezliklə razılığa gəlməsini ümid edir. Zaxarova növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməli olduğunu da vurğulayıb.

"Biz öz növbəmizdə həmkarlarımızın birgə qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfləri dəfələrlə Əbu-Dabi, Vaşinqton və Düşənbədə görüş keçiriblər. Ümid edirik ki, bu cür birbaşa təmaslar bu problemin həllinə kömək edəcək", - Zaxarova qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: Bu gün, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma