Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Müstəqil.Az tanınmış yazıçı Aləm Kəngərli ilə müsahibəni təqdim edir:
-Aləm müəllim, nə var, nə yox? Deyəsən, pandemiya ilə bağlı qadağalara dəqiqliklə əməl edənlərdənsiniz.
-Bəli, əməl edirəm. Bütün bu qaydalar bizim sağlamlığımız üçün nəzərdə tutulub. Ancaq anlamaqda çətinlik çəkdiyim məqamlar da var. Məsələn, götürək Ukraynanı. Bu ölkədə karantin rejimi mütamadi olaraq uzadılır. Ancaq bu karantin rejiminə cəmi iki şey daxildir: sosial məsafə saxlamaq və içtimai yerlərə (bazar, market, avtobus, metro) daxil olarkən maska taxmaq. Maska taxmayanlar cərimə belə olunmadan içtimai yerdən uzaqlaşdırılırlar. Rusiyada da eyni qayda hökm sürür.
Mən Bakının parklarında, yaxud küçələrində maskalı vəziyyətdə təcrid olunmuş halda gəzən tək adamların cərimə olunmasını və ya saxlanılmasını anlaya bilmirəm. İnsanların sərbəst gəzməsinin, rahat nəfəs almasının immun sistemə böyük xeyiri var. Koronavirusla mübarizədə bu, vacib amillərdən biridir.
-Belə çıxır ki, əhval-ruhiyyəniz heç də yaxşı deyil.
-İstər pandemiya olsun, istər Tovuz, Qarabağ hadisələri. Bütün bunlar əhval-ruhiyyəmin yaxşı olmasına imkan vermir. Torpaqlarımızı azad etmək üçün uzun illərdir ki, beynəlxalq aləmdə çarpışırıq.
Ancaq ciddi bir irəliləyişə nail ola bilməmişik. Ölkəmizə növbəti hücum zamanı Türkiyə, Ukrayna və Pakistandan başqa, demək olar ki, bizi yetərincə müdafiə edən dördüncü bir dövlət olmadı. Torpaqları işğal olunan, bizimlə eyni aqibəti yaşayan, dar gündə dadına çatdığımız yaxın qonşumuz Gürcüstan belə Tovuz hadisələrində neytral mövqe tutmaqla bizi məyus etdi. Görünür, Saakaşvili gedəndən sonra Rusiya xofu qara bir kabus kimi yenidən Gürcüstan dövlətinin başı üzərində dolanmaqdadır.
–Bütün bunların yaradıcılığa təsiri varmı?
-Əlbəttə var. Povest və hekayələrdən ibarət yeni kitabımı nəşrə hazırlamalıyam. Könül rahat olmayanda işləmək olmur. Toparlanmaq çətin olur, adam özünü yaradıcılığa kökləyə bilmir.
–Tovuz hadisələri və ölkədəki son durum barədə nə deyə bilərsiniz?
-Bütün dünya ölkələri öz umu-ksülərini bir kənara qoyub, pandemiyaya qarşı birgə mübarizə aparmaq qərarına gəldilər. Belə bir vaxtda ermənilərin qəflətən ölkəmizə hücum etməsinə nə ad vermək olar?! Bu, insanlığa səğmayan bir hərəkətdir. Dünyanın düz vaxtı çox qiymətli əsgər və zabitlərimizi itirdik. Allah hamısına rəhmət eləsin. Bir daha aydın oldu ki, erməni millətini şərəfsizlik simvolu kimi görən insanlar öz fikirlərində tam haqlıdırlar. Əgər bir millət yaltaqlığı, yarınmağı, əyilməyi, yalvarmağı, dilənməyi, sınmağı, riyakarlığı, ağa axtarmağı, başqalarına qapazaltı olmağı, şərəfsiz bir tarixi yol keçməyi özünə ar bilmirsə, beləsinə nə ad verəsən. Dünyanın heç bir yerində izi-tozu olmadan gəlib Azərbaycan torpaqlarında özünə yer eləyiblər, indi də dənizdən-dənizə böyük bir dövlət qurmaq eşqinə düşüblər. Yer üzünə fəlakət toxumu səpən, dünya xalqlarını narahat edən də məhz bu cür axmaq dövlətlərdir.
-Ermənilərin ölkəmizə vəhşicəsinə təsavüzündən sonra minlərlə vətəndaşımız döyüşə getmək üçün küçələrə çıxdılar. Onların qarşısını kəsmək lazım idimi?
-Əlbəttə. Mən keçmiş döyüşçü və ehtiyatda olan zabit kimi deyə bilərəm ki, hərbi hazırlıq təlimi keçmədən döyüşə atılmağın heç bir mənası yoxdur. Əgər lazım gələrsə, hərbi səfərbərlik yolu ilə o insanların xidmətindən istifadə etmək olar. Azərbaycan Ordusu güclü olduğu üçün yəqin ki, buna ehtiyac qalmayacaq. Ermənistan dövləti Rusiya ilə hərbi müttəfiq olduğu üçün Qarabağ və ona bitişik yeddi rayonu azad etməkdə çətinlk çəkirik. Görünür, atom silahı olmayan dövlətlərin dünya hərb meydanında günü həmişə qara olacaq. Ukrayna dövləti müstəqillik qazanandan sonra özünün atam silahlarından imtina etməsəydi, bəlkə də Krımı, Donetski və Luqanskı itirməyəcəkdi. Təəssüf ki, artıq dünyanın düzəni pozulub. İndi çox şey cəngəllik qanunları ilə idarə olunur. Hansı dövlət güclüdürsə, zəifləri əzib keçir.
-Nədənsə, ziyalılardan kimsə kütlənin qabağına çıxmadı. Yürüşün sonunda xoşagəlməz hallar da oldu.
-Bu yürüş xalqın istəyi ilə baş tutdu. Hər şey gözlənilmədən baş verdi. İnsanlar təşkilatlanmadan küçələrə, meydanlara axışdılar. Bu, içdən gələn bir istək idi və torpaqlarımızın azad edilməsi yolunda xalqımızın həmrəyliyinin, qələbə əzminin, döyüş ruhunun yüksək olduğunun real göstəricisi idi. Yəqin ki, yürüş iştirakçıları arasında ziyalılarımız da az olmayıb. Əlbəttə, tanınmış bir ziyalının, sənət adamının qabağa çıxması pis olmazdı.
-Məncə, bu çətin dövrdə yazıçılar da öz sözünü deməlidir.
-Yazıçı və şairlərimizın yurddaşlarımızda görmək istədikləri keyfiyyətlər xalqımızda var. Bunlar yüksək vətənpərvərlik hissi, döyüş ruhu və qələbə əzmidir. Çox təəssüf ki, bu gün düşmən üzərində qələbə qazanmaq üçün bunlar kifayət etmir. Səbəbləri haqqında yuxarıda danışdıq.
-Bu olaylardan sonra dünyanın bir sıra ölkələrində azərbaycanlılarla ermənilər arasında küçə döyüşləri başladı.
-Bu döyüşlərin hamısı bizim ziyanımızadır. Biz müsəlman türk dövləti olaraq bu oyunda təklənə bilərik. Çünki ermənilərin havadarları çoxdur. Əgər bizə öz doğma torpağımız Qarabağda döyüş əməliyyatları keçirməyə imkan vermirlərsə, onların evinin içində bunu necə edə bilərik? Bu iş siyasətlə, bir mərkəzdən idarə olunmaqla həyata keçirilə biıər.
–Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun azərbaycanlılara xitabən söylədiyi “Rusiya sizə çörək verir” fikrinə necə baxırsınız?
-Rusiya dövləti görəndə ki, əhalisinin sayı sürətlə azalır, ölkə iqtisadiyyatı getdikcə tənəzzülə uğrayır, Putin tez bir fərman imzaladı ki, keçmişdə Sovet pasportu daşıyan bütün insanları vətəndaşlığa qəbul etməyə hazırdır.
Unuymayın ki, Azərbaycndan gedən insanlar ən ağır işlərdə çalışmaqla Rusiya iqtisadiyyatının dirçəlməsinə köməklik göstərirlər. Və aydındır ki, aldıqları məvacibdən dövlətə vergi də ödəyirlər. Polad müəllimin o cür söyləməsi yanlışdir. Bilirsiniz ki, əgər dini cərəyanları nəzərə almasaq, bir çox ölkələrdə insanlar əsasən iki qrupa bölünür. Onlardan öz vətənini, dövlətini, xalqını sevən kəsim deyir ki, lazım gəlsə ac qalarıq, susuz qalarıq, ölərik, ancaq namusumuzdan, torpağımızdan, dövlətimizdən keçmərik. Başqa millətin qapazı altında, başqa dövlətin əsarəti altında yaşamarıq. Azlıqda qalan digər qrupun istəyi isə tam fərqlidir. Ölkəyə kimin rəhbərlik etməyinin, torpaqların işğalının, müstəqilliyin, azadlığın, ana dilində deyil, yad dildə danışmağın onlara heç bir aidiyyatı yoxdur. Onlar üçün önəmli olan hər hansı bir vəzifə, iş yeri və öz ailəsidir. Polad müəllimin o ifadəsi Rusiyanın müstəmləkəçilik siyasətinə boyun əyməkdən başqa bir şey deyil.
-Təcrübəli bir insan və yazar olaraq deyə bilərsinizmi hazırkı durumla bağlı sizi ən çox narahat edən nədir?
-Nəyin bahasına olursa olsun, General Polad Həşimovun qisası mütləq alınmalıdır. Etməsək, daha böyük itkilərlə üzləşə bilərik. Yeri gəlmişkən, Suriyada qətlə yetirilən fars generalına yas saxlayan dindarlarımz bilsinlər ki, bizim generalımız şəhid olanda ən çox sevinənlərdən biri də İran dövləti oldu. Belə ki, onlar pandemiya dövrü törədilən qatı cinayətə görə Ermənistan dövlətini nəyin ki lənətləmədi, heç qınamadı da.
-Başqa bir sözünüz varmı?
-Güc birlikdədir. Bu gün hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıdır. Mən çox istərdim ki, dövlət tərəfindən idmançılarımıza, digər ixtisas və peşə sahiblərinə ayrılan pul mükafatları bundan sonra döyüş bölgələrində fədakarlıq göstərən əsgər və zabitlərimizə, şəhid ailələrinə verilsin. Məncə, onlar özü də buna etiraz etməz.
-Müsahibə üçün sağ olun.
-Buyurun.
Söhbət etdi: Faiq Balabəyli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar