Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.

“Report” xəbər verir ki, ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 53 yaşında dünyasını dəyişib.

Qeydedək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

 




Ana səhifəyə qayıt        Baxış: 355          Tarix: 31-08-2018, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma