Xəbər lenti

İngiltərənin “Times Higher Education” jurnalı dünyanın ən yaxşı universitetlərinin adını açıqlayıb. Sıralamaya 500 universitet daxildir.

Siyahı hazırlanarkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlirləri və ötən ilki siyahıda sıralaması nəzərə alınıb. Siyahıda Böyük Britaniya, ABŞ və Yaponiyadan sonra ən çox ali təhsil müəssisəsi olan Çin yer alıb. Ümumilikdə siyahıya Çindən 72 universitet daxil edilib.

Sıralamada 1-ci yeri İngiltərənin Oksford Universiteti tutur. Universitet 3 ildir ki, birinci yerdədir.

İlk dəfə siyahıya İraqın ən böyük ali təhsil müəssisəsi olan Bağdad Universiteti də daxil edilib. Türkiyədən isə siyahıda Sabancı və Koç universiteti yer ala bilib.

 




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 1-10-2018, 12:21      


Paylaş:   

Ən çox oxunanlar