Xəbər lenti

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri dəmir yolu xətlərinin yaxınlığında fərdi ev tikmiş və yaxud tikmək istəyən vətəndaşlara müraciət edib.

O, bunları deyib:

“Ev tikəndə elə yerdə tikin ki, həm təhlükəli olmasın, həm də sökülməli olmasın. Bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir. Məsələn elektrik xətlərinin altında, dəmir yollarının yaxınlığında ev tikmək lazım deyil. Bu ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakının “Şanxay” adlandırılan ərazisoni götütək. Həmin ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan evləri sökmək məcburiyyətində qaldıq.

Bu addım insanların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə bizim insanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma bir misal var, “iştah diş altındadrı” fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn 10 kvadratmetrlik ərazi üçün mənə 10 min manat yox, 20 min manat ver və yaxud 20 min manat yox, 50 min manat ver. Oralarda qeyri-qanuni olaraq yerləşmiş əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, problemi həll edək. Bu məsələlərdən xəbərimiz var, çalışırıq, həll olunması istiqamətində layihələr hazırlanmalırı, gözlənilir”.

Report




Ana səhifəyə qayıt        Baxış: 204          Tarix: 17-12-2019, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma