Xəbər lenti

 

Haylulə yuxusu əsasən günorta vaxtı 20-30 dəqiqəlik yatmaq zamanıdır.

Günorta yeməyindən sonra yarım saatlıq yatmaq Peyğəmbər tərəfindən bəyənilmiş və səhabələrə də məsləhət görülmüşdür.

Ovqat.com bildirir ki, Fizulihuseynov.com saytının məlumatına görə, haylulə yuxusu insan üçün çox önəmli və faydalı bir yuxudur, belə ki günorta yarım saat yatmaq axşam yuxusunun 2 saatına bərabərdir.

Haylulə yuxusu yatan şagirdlər yatmayanlara nisbətdə 50 faiz daha yaxşı nəticə göstərirlər. Amerikada Hardvard Universitetində könüllülər arasında aparılmış tədqiqatların nəticələrinə görə, günorta yatan insanlar yatmayanlara nisbətdə gümrah olub, iş qabiliyyəti yüksəlib, göz yorğunluğundan əziyyət çəkməyiblər.

Skandinaviya ölkələrində aparılmış tədqiqatların nəticələri daha heyrətamiz olub. Belə ki, günorta yatan insanlarda ürək daha normal çalışıb, ürək, qan-damar sistemində problem olanlar günorta yuxusundan sonra özlərini daha yaxşı hiss ediblər.

Ümumiyyətlə, səhərlər yuxudan gec qalxan insanlar özlərini yorğun, halsız hiss edirlər, səhər çox yatılması həm dinimizdə həm də elmdə bəyənilməyən bir haldır. Amma səhər tezdən qalxıb, günorta azacıq yatmaq səhərdən günortaya qədərki yorğunluğu götürür və günortadan sonra isə yeni ruhla işə başlamağa səbəb olur. Əsəbi olanlar, panik atakadan əziyyət çəkənlər, özlərini həmişə yorğun hiss edənlər, zehni işlə daha çox çalışanlar, imtahana hazırlaşanlar üçün haylulə yuxusu çox önəmlidir.

Depressiyadan əziyyət çəkənlər, bunu mütləq sınayın, səhər tez qalxın, günorta yarım saat yatın. Bu sizə çox gümrahlıq gətirəcək, zaman-zaman mənfi yüklənmədən azad olacaqsınız.




Ana səhifəyə qayıt        Baxış: 1 272          Tarix: 14-10-2017, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma