Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur.
Ovqat.com bildirir ki, ölkəmizdə osteoporoz - yəni sümük əriməsi və sümük keyfiyyətinin aşağı düşməsindən əziyyət çəkən xeyli insan var. Həmin insanlarda sümüklər daha tez sınır.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımovun sözlərinə görə, son zamanlar uşaqlarda da bu xəstəliyə tez-tez rast gəlinir. Səbəb isə azyaşlıların şirin qazlı içkilərdən çox istifadə etmələridir.
Əksər uşaqlar bu suları sevərək içdiklərini, valideynlər isə azyaşlılar üçün zərərli olduğunu bilmədiklərini deyirlər.
Böyüklərdə isə osteoporoz xəstəliyinin yaranmasının əsas səbəbi siqaret çəkmək və alkoqollu içkilərin qəbuludur.
İlqar Qasımov deyir ki, bir neçə nüansa diqqət etməklə bu xəstəlikdən qorunmaq mümkündür.
İlqar Qasımov deyir ki, kalsiumu preparat şəklində də qəbul etmək olar. Lakin bu zaman mütləq həkimlə məsləhətləşmək lazımdır. /xezerxeber.az
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: