Xəbər lenti

 

Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri beynin öyrənmə və yaddaş ilə bağlı olan sahəsini stimullaşdıran inqilabi implantat yaradıblar. Eksperimentlərin iştirakçıları bu implantat sayəsində yaddaşla bağlı verilən tapşırığın öhdəsindən daha yaxşı gəliblər.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda iştirak edən 20 nəfər epilepsiyalı xəstənin hər birinin beynində hippokampa (yaddaş mərkəzinə) tuşlanan elektrodlar yerləşdirilib. Könüllülər qısamüddətli yaddaşla bağlı tapşırıqları yerinə yetiriblər. Məşqlər başa çatdıqdan sonra alimlər tapşırığın yerinə yetirilməsi müddətində iştirakçılarda neyronların fəallıq modelini qurublar.

Sınaqda iştirak edənlər tapşırığı ikinci dəfə yerinə yetirərkən tədqiqatçılar modelə əsaslanaraq onların beynini implantat vasitəsilə stimullaşdırıblar. Təcrübə göstərib ki, iştirakçılar beynin stimullaşdırılması hesabına tapşırığın öhdəsindən 30 faiz daha yaxşı gəliblər. Mütəxəssislər ümid edirlər ki, yeni metod yaddaşı pozulmuş insanların köməyinə çatacaq.




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 15-11-2017, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma