Xəbər lenti

 

Sağlamlıq problemləri, görünüşü ilə asanlıqla müəyyən edilə bilər və dərimiz bunun bir göstəricisidir. Bu səbəblə dərimizin bizə verdiyi siqnallardan xəbərdar olmağımız lazımdır.

Ovqat.com kenquru.az-a istinadən bildirir ki, bədənimizdə çıxan, ya da çıxacaq ləkələrin nə məna verdiyinə baxaq.

1. Tünd Ləkələr

Tünd Ləkələr

Dərinizdə qəfil ortaya çıxan tünd rəngli ləkələr, adrenalin çatışmazlığı və ya başqa bir adıyla Addison xəstəliyinin bir əlaməti ola bilər.

2. Ağ Ləkələr

Ağ Ləkələr

Tünd dəri dəri üzərində ağ ləkələrin görülməsi dərinin piqmentasiya itkisi ilə xarakterizə edilən bir xəstəlikdir.

3. Səpkilər

Səpkilər

Dərinizdəki ani qızartılar, orqanizminizdə bir problem olduğunu göstərir. Ərzaq, evdəki kimyəvi maddələr və dərmanlara allergiyanız ola bilər və ya su çiçəyi, yaxud qızılca kimi xəstəliklərə tutulmuş ola bilərsiniz.

4. Şiş

ŞişTiroid / Qalxanabənzər vəz - tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir.

Bu vəziyyət, tiroidin kifayət qədər hormon ifraz etməyədiyində ortaya çıxa bilər.

5. Çoxlu Xallar

Çoxlu Xallar

Dəridə görünməsinin bir çox səbəbi var. Bəzi insanlar bunun doğum ləkəsi olduğunu deyirlər. Digər səbəblər isə həddən artıq ultrabənövşəyi şüalanma və ya hormonal pozulmalar ola bilər.

6. Sızanaq

Sızanaq

Sızanaq üçün bir çox səbəb var: Üz dərisini tıxayan həddindən artıq dəri yağı, hormonal pozuntu və ya həzm problemlərindən əmələ gələ bilər.

7. Dəri Soyulması

Dəri Soyulması

Soyulmanın səbəbi: Vitamin çatışmazlığı, hormonal pozğuntu, allergik reaksiyalardan əlavə həmçinin eboreik dermatit, sədəf (dəmro) kimi xəstəliklər səbəbindən ola bilər.

8. Həddindən Çox Tərləmək

Həddindən Çox Tərləmək

Həddindən artıq tərləmə hər hansı bir xəstəliklə arta bilər. Bir çox xəstəliyin səbəbləri arasında həddindən artıq tərləmə var. Qalxanabənzər vəzinin çox işləməsi, köklük, böyrəküstü vəz xəstəlikləri, şəkər xəstəliyi, infarkt halları, xərçənglər, stress, psixiatrik xəstəliklər, həm də immun sisteminin zəifliyi kimi bir çox xəstəlik həddindən artıq tərləməyə yol aça bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 617          Tarix: 9-12-2017, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma