Xəbər lenti

 

Ayaq qoxusu sosial həyata təsir edən problemlərdən biridir. Ayaq qoxusundan necə xilas etməli?

Ayaq qoxusunun həll yollarını təqdim edirik:

Evin içərisində corabla dolaşdığımız zaman, corab bakteriyaları yeridiyimiz hər yerə yayar. Bu səbəbdən corab və ayaqqabı geymədən dolaşsanız ayaqlarınızın iylənməsinin qarşısını ala bilərsiniz.

Corablarınızı tərsinə çevirərək yuyun. Bu zaman coraba köçmüş qoxu daha asan çıxar həm də ayaqlarınızın bakteriyaya yoluxma riskini azaldar.

Ayaqlarınıza dezodarantlar sıxın. Duş aldıqdan dərhal sonra ayaqlarınızı məhrəba ilə qurulayın. Beləliklə ayaqlarınızda göbələk yaranmayacaq. Qoxu riski də azalacaq.

Alma sirkəsi də əsas üsullardan biri sayılır. Kəskin qoxusu, ayaqlarınızda yaranan qoxuyu dərhal alacaq. Bunun üçün ehtiyacınız olan şey bir qab suya bir qapaq alma sirkəsi tökməkdir.

Ayaqqabılarınızı daim quru saxlayın. Bu da əsas faktorlar sırasındadır. \\Hekimtap.az




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 6-09-2018, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma