Xəbər lenti
Dünən, 19:25

 

Onkoloji xəstəliklərin bu qədər yayılmasını araşdıran elmi işlərin sayı artır. Daha bir araşdırma sübut edib ki, damaq, ağız boşluğu xəstəlikləri qida borusu, mədə, süd vəzisi, mədəaltı vəz, udlaq xərçəngi riskini artırır və bağlıdır.

Damaq xəstəlikləri adı altında çox sayda simptomlar daxildir. Bunlar iltihab, iltihabi destruktiv patologiyadır. 

Araşdırmada diqqət parodontit – damağın iltihabına yönəlib. Bu zaman diş sümüyü formasında dəyişiklik olur, damaq cibləri yaranır və burda iltihabi proseslər başlayır. Artıq parodondit ilə prostatit arasında əlaqə təsbit olunub. 

Əhalinin 60 yaşdan sonra daha çox əziyyət çəkdiyi parodondit bakterial xəstəlikdir. Bu prosesdə bir çox daxili orqanların xəstəlikləri, qadınlarda fizioloji proseslər rol oynayır. 

Çoxillik araşdırmalar zamanı 65000 qadının analiz tarixçəsi incələnərək aydın oldu ki, damaq xəstəliyi süd vəzi, bağırsaq, mədə, öd xərçəngi riskini artırır. Bu qadınıarda 1999-2003 cü illərdə parodondit diaqnoz olunmuşdu. Sonradna onların sağıamlığı 2013-cü ilə kimi izlənildi. 8 illik müşahidələrin sonunda 15.000 qadında müxtəlif tip onkoloji xəstəlik təyin olundu. Bu qadınlar stomatoloji problemlərinə ciddi yanaşmayan, stomatoloqa az gedən, damaq xəstəliklərini müalicə etdirməyən xəstələr idi. 

Məlumdur ki, qida borusu ağız boşluğu ilə bağlıdır. Tədqiqatlar göstərib ki, ağız boşluğunda bakterial xəstəliyi olanların qida borusu xərçənginə tutulması 3-4 dəfə çoxdur. Səbəb olaraq  bakteriyaların qida borusuna da keçərək selikli qişanı zədələməsi və onkoloji şişi oyatması göstərilir. Qida borusu xərçənginin səbəbini dəqiq tapmaq mümkün olmayıb. Alimlər qeyd edir ki, məhz bu araşdırma bu məsələyə işıq sala bilər. Çünki iltihabi prosesə  bakteriyaların səbəb olması danılmazdır. Bu yolla digər orqanların da eyni tərzdə xəstələnməsi mümkündür.

Parodondit ilə xərçəng arasına bu sirli bağlılıq hələ çox araşdırılmalı və mexanizmi tapılmalçıdır. Ağız boşluğunda yuva salmış patogenlər qanla digər orqanlara gedərək, orda şiş yarada bilər. Bu tədqiqatlar göstərir ki, insan orqanizmində hər şey bir-biri ilə bağlıdır, əlaqəlidir və bir mexanizmlə işləyir. Odur ki, insanların xərçəng olmaması üçün stomatoloqlar da çalışa bilər. Hər stomatoloq çalışmalıdır ki, pasiyentinin nəinki dişlərini estetik bərpa etsin, həmçinin ağız boşluğu, damaq xəstəliklərini də müalicə etsin. \\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 1 253          Tarix: 28-09-2018, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma