Kembric universitetinin nümayəndələri Səhiyyə təşkilatını spirtli içkiləri narkotika hesab edərək, reseptlə satılmasını hüquqi şəkildə qanuniləşdirməyə səsləyib.
Medical journalda dərc olunan elmi məqalədə alimlər təsdiq edir ki, spirtli içki heroindən təhlükəlidir və hər il ondan daha çox insan ölür, nəinki narkotik.
Alkoqol tütün, heqoin, xəşişin birlikdə təsirindən daha güclüdür. Spirtli içki asta-asta, zamanla öldürür və çox xəstəliklər onun təsirindən yaranır. Bura həmçinin qəzalar, travmalar, zəhərlənmələr və bunlardan ölüm faktları da aiddir – deyə alimlər yazır.
Avqustda dərc olunmuş statistikaya görə, alkoqol planetdə insanların ölümünün başlıca səbəbidir. Hər il spirtli içkidən 2,8 milyon insan ölür. Nəhəng alkoqol istehsalçılarının maraqlarını güdməyi tərk edib, spirtli içkiləri reseptlə satmaq lazımdır. Alkoqolun çətinliklə əldə olunduğu, baha satıldığı ölkələrdə insanların bu səbəbdən ölüm faizi də azdır. \\Medicina
Paylaş: