Smartfonun insan sağlamlığına 10 əsas təsiri önə çəkilir
İnsan tərəfindən rabitə sisteminin fəthi 21-ci əsrdə müasir texnologiyaların köməyi ilə pik həddinə yüksəlib. Bu, çox uzun bir yoldan sonrakıdır və xəbər daşıyıcısı qismində «poçt göyərçini»ndən başlayıb - mobil telefon adlandırdığımız müasir cib «əşyası»na gəlib çatıb.
Gerçəkdən, elm və texnikanın inanılmaz nailiyyətləri hətta Yer kürəsinin ən uzaq guşəsini də insan üçün əlçatan edib. Ancaq kimin ağlına gələr ki, bu kiçicik və güclü əşya insan sağlamlığı üçün çoxsaylı təhlükə mənbəyi ola bilər?
Mobil telefonun insan sağlamlığı üçün risklərin inkişafını öyrənən və bu yaxınlarda aparılmış tədqiqatlar göstərir ki, mobil telefondan təsadüfi istifadə qlobal şüuru oyatmaq üçün kifayətdir.
Mobil telefon - simsiz «dəstək»dir («trubka») və əsasən, çağırış və ismarışların göndərilməsi və qəbulu üçün istifadə olunur. Ancaq texnologiya sahəsindəki proqresin sayəsində ona müxtəlif funksiyalar əlavə olunub və o kütləviləşib.
Tədqiqatlar göstərir ki, hazırda hər 100 nəfərdən 86-sı mobil istifadəçidir. Hazırda o, mini-kompüter kimi işləyir və bu günə, mobil telefon elmə ən əhəmiyyətli hədiyyə sayıla bilər. Texnologiya, smartfonla bizlərə unikal imkanlar təklif edir, ancaq o, sağlamlıq üçün müxtəlif təhlükələr yaradır.
Gəlin, baxaq görək, mobil telefon sağlamlığa necə təsir edir?
Görmədə problemini inkişaf etdirə bilər
Smartfon - bu nəsil trendin ən dəbdə olan yenisidir. Hər modellə əlavə xüsusiyyətlər və imkanlar meydana gəlir və bu, gənc nəsli özünə cəlb edir. Elektromaqnit dalğaları gözlər üçün təhlükəli ola və erkən yaşlarda görmə qabiliyyətini korlaya bilər.
Smartofon eşitmə problemləri yarada bilər
İnsanlar əksər hallarda «qulaqcıq»lara qoşulmuş olurlar və bu, avtobusda, qatarda və metroda daha çox yayılmış səhnəcikdir. Mobil istifadəçilərin sayı çoxaldığına görə, eşitmə orqanına təhlükə də geniş yayılmış problemə çevrilib. Bu, təkcə ona görə baş vermir ki, istifadəçi uzun müddət əsəb sisteminə yaxın olan baraban müstəvisində vibrasiyanın və radiasion zərbənin təsiri altına düşür.
Mobil telefon yuxu rejiminin pozulmasını inkişaf etdirə bilər
Smartfon «sevgi»si yuxunun qısalması səbəbinə çevrilə bilər. Həmin smart-qurğunun həddindən artıq istifadə olunması yuxunun keyfiyyətinə mane olmaqla, təhlükə yarada bilər. İndi insanlar mobil telefonu gecələr yataqda da özünə yaxın saxlayır və bununla böyük səhvə yol verirlər.
Belə davranış şüursuz olaraq, uzun müddət orqanizmi elektromaqnit şüalanmasına hədəf edir.
Boyun və kürəyə əlavə yük
Hər bir orqanın istirahətə ehtiyacı var. Onurğa hər kəsi formada saxlayan «açar» faktordur. Bir neçə saat ərzində mobil telefondan istifadə etməklə, insan dolayısı ilə kürəyə və boğaza əlavə təzyiq yaradır.
Mobil telefon mikrob daşıyıcısıdır – Unidazdan daha çirkli
Həyəcanlı faktlardan biri də ondan ibarətdir ki, insan hər dəfə ona yuyulmamış əli ilə toxunarkən, dolayısı ilə mikrob çoxaldır. Yaxın vaxtların tədqiqatları göstərib ki, mobil telefon unitazın oturacağından daha çirkli olur.
Xərçəng riskini artırır!
Dəqiq sübutlar olmasa da, insanın mobil telefondan qədərindən artıq istifadə etməsi xərçəng riskini artırdığını istisna etmək olmaz. Uzan saatlar boyunca ondan istifadə zamanı mobil telefondan şüalanan elektromaqnit sahəsinin radiotezliyi insan beynində ziyanlı reaksiya doğurur ki, bu da beyin şişini (qlioma və akustik nevroma) inkişaf etdirə bilər. Onlar beyin xərçənginin artmasına çavabdehdirlər.
Mobil telefondan həddindən artıq istifadə sonsuzluq yarada bilər
Kişilər üçün bu çox ciddi xəbərdarlıq sayıla bilər - uzun müddət mobil telefonla birlikdə olmaq səbəbilə, kişilər «məhsuldarlığı» itirə bilərlər. Müxtəlif tədqiqatlar göstərib ki, radiomaqnit fəallıq müəyyən dərəcədə spermatozoidlərin miqdarını azaldır.
Dəri allergiyası
Bəli, sizin yaraşıqlı smartfonunuz allergiya yarada bilər. Mobil telefonun yaradılmasında istifadə olunan nikel, kobalt və xrom kimi metallar allergiyaya, qıcıqlanmaya və dərinin qızarmasına səbəb ola bilər.
Beyini gərginlikdə salayır
Mobil istifadəçi, adəti üzrə, hər zaman «sərvaxt» olur və heç bir səbəb olmadan, öz telefonunu yoxlayır. Yalançı həyəcan, yalançı çağırış olarkən, istifadəçi telefonu yoxlayır ki, bu da insanın, xüsusilə də tələbələrin konsentrasiyasının pozulması üçün kifayətdir.
Ürək-damar problemləri
Mobil telefon istifadəçisi radiasiya səbəbilə, ürək problemlərinin meydana gəlməsinin yüksək riski zonasında olur.
Bundan başqa, insan öz telefonundan nə qədər çox asılı olursa, o qədər də az fiziki hərəkətlər edir. \\Medicina.az
Paylaş: