Xəbər lenti

 

Siqaret çəkənlər bir çox kimyəvi maddələrdən asılı hala gəlir. Odur ki, siqareti birdəfəlik tərgitmək insanlar üçün çətindir. Hər halda hamımız bilirik ki, siqaret orqanizmin vaxtından əvvəl qocalmasını sürətləndirir.

Ovqat.com bu yazıda oxucuları siqareti tərgidən insanların bədənində baş verən bir neçə dəyişikliklə tanış edir.

Daha rahat nəfəs

Siqaret çəkən insanların bədənində toplanmış toksik maddələr rahat nəfəs almağa mane olur. Siqareti tərgitdiyiniz zaman ağciyəriniz zərərli komponentləri məhv etməyə başlayır, zəhərlərin təsirləri aradan qalxdığı üçün nəfəs almaq rahatlaşacaq.

Yorğunluğu azaldır

Toksik maddələrin təsiri ilə bədən zəiflədiyi üçün aktivlik aşağı düşür. Siqaret çəkənlər üçün gəzmək, qaçmaq və idman etmək çətindir, çünki siqaret onların çox vaxt enerjisinin böyük hissəsini sorub yox edir. Ağciyərlər təmizləndikcə yorğunluq yavaş-yavaş yox olur və itirilmiş enerjinizi bərpa edirsiniz. Siqaretsiz həyat sizi daha güclü və enerjili edir.

Daha sağlam həyat

Tənəffüs sisteminiz yaxşı işləyəcəyi üçün bədəniniz dəyişəcək və özünüzü sağlam hiss edəcəksiniz. Beyniniz daha çox oksigen qəbul edəcək, siz tez düşünə və bütün idrak funksiyalarını optimallaşdıra bilərsiniz.

Məşq

Artıq daha gümrah olduğunuz üçün idman məşqləri sizi yorub əldən salmayacaq. Fiziki fəaliyyət enerjinizi düzgün istiqamətə yönəltmək və narahatlıq səviyyəsini azaltmaq üçün çox sağlam yoldur.

Qənaət

Siqaretə xərclədiyiniz pulları daha sağlam və daha məhsuldar məhsullar üçün istifadə edə bilərsiniz. Pulu və zamanı zövq aldığınız daha faydalı fəaliyyətlərə sərf edin. Pula qənaət kiçik addımlarla başlayır və siqareti tərgitmək sizə bu işdə kömək edəcək. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 501          Tarix: 19-08-2019, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma