Xəbər lenti
27-11-2024, 19:25

 

Marketlərdə satılan ət məhsullarından olan çəkilmiş ət – farş zərərsiz ərzaqlardan deyil və onu alıb qidada istifadə risklidir.

Farşın ətin özündən ucuz olması səbəbini açıqlayıblar.

1-Farş – təzə olmayan ətdən müxtəlif dadlandırıcılar qatılmaqla hazırlana bilir

2-Farşa çox miqdarda soya qatırlar

3-İri sexlərdə farş çəkən iri ətçəkənlərin içinə siçan, siçovul. digər yad əlavələr düşə bilər

4-Farşın içinə heyvanın dərisi, qığırdağı, dərisi, yumşaq sümüyü qatıla bilər. Çünki o gücdə ətçəkən asanlıqla bu bərklikdə hissələri çəkir.

5-Farşın içində əgər mənşəyi məlum olmayan ətdən və kustar sexində hazırlanıbsa, ölü heyvan əti, at əti, eşşək əti ola bilər. Və ən hissiyatlı insan belə bu dadı hiss etməyəcək

6-Farş sadəcə qaba yığılıb soyuducuya qoyulub və çəki ilə satılır. Onun üzərində hansı müəssisədə, hansı ət brendi və firmasında nə vaxt çəkilməsi barədə heç bir qeyd yoxdur

Bu səbəblərə görə ən yaxşısı, normal təzə ət seçib, özünüz farş edib yemək bişirməkdir. 

Qeyd edək ki, çoxsaylı insanların şikayətinə görə, market farşı yaxşı qovrulmur, ondan hazırlanan yeməklər isə soyuducuda olmasına baxmayaraq, səhəri artıq köhnəlmiş və tamlı olur. \\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 448          Tarix: 24-08-2019, 00:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma