Xəbər lenti
Dünən, 19:25

Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var. Onkoloji xidmətlə bağlı məsələyə yenidən baxılmalıdır, maliyyə vəsaiti artırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, bu xəstəliklərin müalicəsi üçün dərman vasitələri çox bahadır, bu da əlavə vəsait tələb edir.

“Spesifik onkoloji dərmanların müalicəsi üçün lazım olan dərman vasitələrinin apteklərdə satışı qadağan edilib. Qanunsuz halların qarşısını almaq üçün həmin dərmanların apteklərdə satışına icazə verilsə, yaxşı olar. Belə olan halda, buna nəzarət imkanımız artar” – deputat qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 18-09-2019, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma