Xəbər lenti
Dünən, 19:25

 

Bütün dünyada əsas ölüm səbəbi ürək-damar xəstəlikləri və xüsusilə infarkt və insult sayılır.

Lozanna Universitetinin alimləri infarkt və insultun riskini 2 dəfə azaldan çox sadə üsul tapıblar. Saglamolun.az Heart jurnalına istinadla xəbər verir ki, mütəxəssislərin müşahidələrinə görə bu qısamüddətli günorta yuxusudur.  

8 il ərzində orta yaşı 55 olan 3262 pasiyentə nəzarət etdikdən sonra alimlər aşkar ediblər ki, həftədə 2 dəfə günorta yuxusu ürək, damar və beyini ağır pozulmalardan xilas edir, insanın həyatını uzadır. Hətta bəzi mənfi faktorlar (artıq çəki, siqaret çəkmək və s.) günorta yuxusunun bu müsbət təsirini azaltmır.

Bu zaman yuxu 30-40 dəqiqədən çox olmamalıdır.

Əksinə isə insan (xüsusilə bu yaşlı insanlara aidir)  günorta daim yuxulu olur və çox yatırsa bu onun sağlamlığında olan hər hansı pozulmalara işarə edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 20-09-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma