Xəbər lenti

 

Hüquq müdafiəçisi Oqtay Güləliyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə aparılıb.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:

“Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Güləliyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

Oqtay Güləliyevin oğlu Əli Güləliyevin bildirdiyinə görə, həkimlər atasının  vəziyyətinin kritik olduğunu bildirirlər:

“Beynində qanın həcmi artıb. Gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər”.




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 30-10-2019, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma