Su həyatdır. Sağlam olmaq istəyən insan hər gün kifayət qədər adi təmiz su içməlidir.
Suyu heç bir digər mayelərlə - çay, müxtəlif içkilər və s. əvəz etmək olmaz.
Gündəlik istifadə etdiyimiz içməli suyun tərkibində bəzi ziyanlı maddələr var - xlor, ağır metalların duzları, mikroblar və s. Özünüzü və uşaqlarınızı sağlamlıq problemlərindən sığortalamaq istəyirsinizsə yalnız qaynadılmış su için. Lakin suyun qaynadılmasının da öz qaydaları var. Bu qaydalara əməl etməklə siz suyu daha təmiz və ziyansız edəcəksiniz.
1. Suyu krandan şüşə balona doldurun və 6-7 saat saxlayın. Balonun dibində çöküntü əmələ gələcək.
Daha sonra suyun 3/4 hissəsini çox ehtiyatla çaydana tökün. Nəticədə suda xlor birləşmələri və ağır metalların miqdarı azalır.
2. Suyu qaynadın. Mütəxəssislər suyu elektrik çaydanda qaynatmağı tövsiyə etmir. Suyu orta odda 5 dəqiqə ərzində qaynatmaq lazımdır. Qaynadıqdan sonra su ziyanlı mikroblardan təmizlənir.
Suyu uzun müddət ərzində qaynatmayın. Əgər suyun miqdarı xeyli azlıbsa, bu suyu istifadə etməyin. Belə suyun tərkibində ziyanlı birləşmələrin konsentrasiyası artmış olur.
Diqqət! Krandan gələn suyun rəngi dəyişilibsə, su bulanıqdırsa, sudan hər hansı qoxu gəlirsə, belə sudan içmək üçün istifadə etməyin! /Saglamolun.Az/
Paylaş: