Xəbər lenti

İnsanın qan qrupu ilə koronavirus riski və xəstəliyin gedişıinin nə kimi təsiri olması barədə konkret elmi fikirlər söyləmək çətindir.

Amma virusun yayılma coğrafiyasına diqqət yetirdikdə, Avropada İtaliya və İspaniyada daha çox II qrup insanların çoxluğunu nəzərə alıb, koronavirusun bu qan qrupu daşıyıcıları üçün xüsusi riskli olduğunu demək olar. Çində məsələn II qan qrupu çox azdır.

MedRxiv portalı Çin mütəxəssislərinin xəstələrin qan qrupuna görə statistik araşdırmasını təqdim edib.

3594 nəfər xəstəliyə yoluxmamış insanların qan qrupuna görə faizi belə idi: Onların 34% I-ci qan qrupu, 32% II qrup, 24% III, 9,10 % isə IV qan qrupundan olanlar idi.

Daha sonra koronavirusa yoluxmuş xəstələr sistemləşdirilib. Burda isə vəziyyət dəyişib. Belə ki, 1775 nəfər xəstənin 38%-i II qrup, 25,80 faizi I-ci qrupdan olub. Digər 2 qrup da təbii ki, az olub.
Rusiyalı alimlər hesab edir ki, koronavirusun qan qrupu və genetik meyilliklə əlaqələndirilməsi tezdir, virusun təbiəti hələ öyrənilməyib. Sadəcə hansı ölkədə hansısa qan qrupu liderdirsə, təbii ki, orda yoluxanların əksəriyyəti də o qrupdan olacaq. \\Medicina




Ana səhifəyə qayıt        Baxış: 1 801          Tarix: 9-04-2020, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma