Xəbər lenti


“Bizi narahat edən bir məsələ də COVID-19-un yeni ştammlarının ortaya çıxmasıdır”.

Bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, Böyük Britaniyada meydana gələn yeni ştamm daha sürətlə yayılır: “Bu varianta bir çox ölkədə, o cümlədən Türkiyədə rast gəlinib. Yeni ştammın Azərbaycana gəlməməsi mümkün deyil. Mütləq Azərbaycana da gələcək. Bu da sürətli yoluxduran bir ştamm olduğu üçün yoluxma sayında yenidən artım görəcəyik”.

H. Harmancı qeyd edib ki, sosial həyatı normallaşdırmağa çalışmaq lazımdır: “Ancaq ehtiyatı əldən vermək olmaz. Keçən yaz və yay aylarında həm dünyada, həm də Azərbaycanda koronavirusa yoluxma sayında azalma oldu. Ancaq bu yaz və yay aylarında eyni şeyi görməyə bilərik.

Çünki yoluxma sayları çox artıb. Bu həftə ərzində dünyada COVID-19-a yoluxma sayı 100 milyonu ötdü. Artıq o qədər insan yoluxub ki, diqqətli olmasaq, yay və yaz aylarında azalma olmaya bilər. Gigiyena qaydalarına əməl etmək lazımdır, çünki hələ COVİD bitməyib və təkrar gələcək”.



Ana səhifəyə qayıt        Baxış: 2 918          Tarix: 27-01-2021, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma