Xəbər lenti


Rusiyanın cənubunda fəaliyyət göstərən quşçuluq fabriklərindən birində çalışan 7 işçidə “quş qripi”nin yeni ştammı
 aşkarlanıb. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarına və insan rifahının təmin olunmasına nəzarət üzrə federal xidmət-red.) rəhbəri Ann Popova mətbuata məlumat verib.

Anna Popova “Vektor” araşdırma mərkəzinin alimlərinin virusu rusiyalıların genetik materialında göründüyünü bildirib. Xatırladaq ki, həmin müəssisədə “quş qripi” hələ ötən ilin dekabrında qeydə alınmışdı.

Rusiya rəsmisi bunun dünyada H5N8 virusu ilə ilk yoluxma hadisəsi olduğunu bildirib.

“7 nəfərin hamısı özünü çox yaxşı hiss edir, infeksiya xəstəliyinin klinik müddəti da onlarda yüngül keçib. Lakin alimlərimiz virusun insan orqanizmində yaratdığı dəyişiklikləri və bədənin immun cavabını izləyə biliblər”,-deyə o söyləyib.


Anna Popova virusun hələ ki insandan insana keçməyə qədər mutasiya etmədiyini sözlərinə əlavə edib. Bununla bağlı ekspertlərin qəti rəyi də mövcud deyil.

Rusiya artıq Dünya Səhiyyə Təşkilatına yoluxma halları barədə məlumat verib. “Vektor” mərkəzi isə H5N8 virusunun növlər arası maneəni aşmasına imkan verən mutasiyaların genom sıralanması ilə bağlı məlumatları GISAID bazasına yerləşdirib.






Ana səhifəyə qayıt        Baxış: 2 036          Tarix: 20-02-2021, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma