Xəbər lenti

İranda “quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib.

Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib.

Ə. Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə “quş qripi” virusu aşkarlanıb.

Bir çox ölkənin “quş qripi” ilə mübarizə apardığını deyən Ə.Rafipur qeyd edib ki, İranın 16 əyalətində “quş qripi” müşahidə edilib.

Məhv edilən toyuqların 73 faizinin yumurtalayan toyuqlar olduğunu açıqlayan Ə.Fariipur Qum, İsfahan və Yəzd əyalətlərində “quş qripi”nə yoluxma hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.

APA




Ana səhifəyə qayıt        Baxış: 816          Tarix: 1-02-2018, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma