Xəbər lenti


Məşhur rus həkim, televiziya aparıcısı Aleksandr Myasnikov kütləvi immunitetin yaranması üçün hər kəsin vaksin vurdurmalı olduğunu deyib.

Publika.az xəbər verir ki, “kp.ru”ya müsahibə verən həkim vaksinasiyanın hər il aparılacağı barədə proqnozlar verib.

" Problem ondadır ki, hələ bilinməyən bir yolda gəzirik. Kimsə nələr olacağını dəqiq bilmir. Ancaq antikorların konsentrasiyasının zamanla azaldığı, immun yaddaş hüceyrələrinin də təxminən 6 ayda funksiyalarını itirməyə başladığı hamıya məlumdur. COVID-19 dalğalarla gəlir. Peyvəndin yenidən aktivləşdirilməsi yalnız 1-2 aya qədər qorunma təmin edir. Oktyabr-noyabr aylarında daha bir epidemiya olacaq. Buna hazır olmaq üçün yenidən vaksin olunmalısınız.

Ümumiyyətlə, lap əvvəldən bütün həkimlər ildə ən azı 1 dəfə vaksin olunmağın vacibliyini bildirmişdi. Koronavirusun gəldiyi müddətdə gördük ki, epidemiyalar ildə 2 dəfə baş verir. 3 aylıq epidemiya, 3 aylıq fasilə. 6 aydan bir peyvənd olunmaq həmişə lazım olacaq? Heç kim dəqiq bilmir. Yəqin ki, ildə 1 dəfə kifayət edəcək.

Uşaqların vaksinasiyasına gəlincə, bir uşaq xəstə və zəifdirsə, bu, başqa məsələ. Normal böyüyən uşaqdırsa, uşaqlar üzərində peyvənd tədqiqatlarının nəticələrini gözləyərdim, bu, yalnız ölkəmizdə deyil, bütün dünyada baş verir.

Şəxsən mən COVID-19-da kütləvi immunitetin əldə olunmasına və planet üzərində pandemiyanı dayandıracağına inanmıram".



Ana səhifəyə qayıt        Baxış: 3 758          Tarix: 19-07-2021, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma