Xəbər lenti

 

Gün şüaları dərinin daha tez qocalmasına səbəb olur. Tibdə hətta xüsusi termin "fotoqocalma" (günün təsirindən qocalma) var.

Əksər kosmetoloqlar dərisinin cavanlığını və gözəlliyini qorumaq istəyən qadınlara "zaqar" etməyi tövsiyə etmir, əksinə dərini gün şüalarından mümkün qədər qorumağa cağırırlar.

Sizə yay aylarında dəriyə qulluğun əsas 7 qaydasını təqdim edirik:

1. Susuzlaşmaya yol verməyin. Gün ərzində kifayət qədər su için. Bu dərinin vəziyyəti üçün olduqca vacibdir.

2. Gün ərzində 2-3 dəfə üzünüzü mineral və ya xüsusi termal su ilə yuyun, vaxtaşırı olaraq üzünüzə çiləyin.

3. Nəmləndirici kremlərdən istifadə edin.

4. Çölə çıxanda üzünüzə gündən qoruyan krem çəkin, mütləq panama və ya şlyapa və gün eynəkləri taxın.

5. Çoxlu meyvə, tərəvəz, göyərti yeyin.

6. Yağlı tonal krem və pudradan imtina edin.

7. Müntəzəm olaraq kosmetik maskalardan istifadə edin. Yayda ev şəraitində meyvə və tərəvəzlərdən çox effektli maskalar hazırlamaq olar. /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 1 044          Tarix: 29-07-2017, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma