Xəbər lenti

İŞİD terrorçuları İraqın şimal-qərbində, Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər.

"Report" xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı mənbəyə istinadən xəbər verib.

Qeyd olunur ki, terrorçuların gəlişi vaxtı kəndlərin onlarla sakini evlərindən qaçıb. Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir.

Daha əvvəl İraq ordusu ölkənin şimalında Kərkükü – vilayətin eyniadlı inzibati mərkəzini ələ keçirib. İraq hökuməti bildirib ki, orduya yerli kürdlərlə hər hansı qarşıdurmaya getməmək barədə və ancaq özünümüdafiə çərçivəsində hərəkət etmək əmri verilib.




Ana səhifəyə qayıt        Baxış: 337          Tarix: 17-10-2017, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma