Xəbər lenti

Rusiya noyabrın 1-dən Türkiyədən pomidor idxalına icazə verib, təsdiq edilmiş tədarük həcmi 50 min tondur.

“Report” TASS-a istinadən xəbər verir ki, pərakəndə satış nümayəndələrinin bildirdiyinə görə, türk pomidorları artıq ayın əvvəlində Rusiya piştaxtalarında görünə bilər.

"Türkiyə pomidorları mağaza piştaxtalarında kifayət qədər tez – çox ehtimal ki, artıq noyabrın əvvəlində görünməyə başlayacaq. Logistika işlənib, topdan satış kanalı hazırdır, ticarət şəbəkələri belə hallarda tez reaksiya verirlər", - deyə Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının xarici əlaqələr üzrə direktoru Roman Çerniqovtsyev bildirib.

"Rusprodsoyuz" Assosiasiyasının icraçı direktoru Dmitri Vostrikovun fikrincə, kvota almaq və lazımi müqavilələrin imzalanması prosesini nəzərə almaqla, Türkiyə məhsulları Rusiya mağazalarının piştaxtalarında iki həftə ərzində artıq görünə bilər.

"Diksi" qrupunun nümayəndəsi Vladimir Rusanov öz növbəsində qeyd edib ki, Rusiya bazarında türk pomidorlarının payı oktyabrdan aprelə qədər olan dövr ərzində 80-90% təşkil edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 1-11-2017, 12:15      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent