Xəbər lenti

“Türkiyə “S-400” zenit-raket kompleksi almaq üçün Rusiya ilə müqavilə imzalayıb, artıq girov da qoyulub”.

“Report” "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

““S-400”lə bağlı dostlarımız artıq müqaviləni imzalayıb. Məndə olan məlumata görə artıq girov da qoyulub. Bundan sonra Rusiyanın bizə borcunu ödəməsi prosesi olacaq. Bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə qəti mövqeyimiz var”, -deyə Ərdoğan vurğulayıb.

NATO radarları ilə Rusiyadan alınacaq sistemin bir-birinə uyğun gəlməyəcəyi bardə KİV-də yayılan məlumatalar münasibət bildirən, Türkiyə prezidenti deyib: “Bu qərarı azadlığımıza uyğun şəkildə qəbul edəcəyik. Ölkəmizin müdafiəsi və təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq”.

Rusiyanın "TASS" agentliyi də bununla bağlı məlumat yayıb. Agentliyin informasiyasına görə, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib: “Müqavilə artıq imzalanıb və icrası istiqamətində hazırlıq gedir. “S-400” mürəkkəb sistemlərdəndir. Onun texniki vasitələrinin yığılması üçün müəyyən zaman tələb olunur. Müqaviləyə əsasən qəbul edilən bütün qərarların streteji maraqlarımıza uyğun gəlməsinə tam təminat verə bilərəm. Bəzi Qərb dövlətlərinin bununla bağlı Türkiyəyə təzyiqlər etməsi isə tam başa düşüləndir”.




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 12-09-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma