Xəbər lenti
7-03-2019, 22:48

“Lenini dəfni və Putinin hakimiyyətdən gedişindən sonra...” - PROQNOZ

“Vladimir Putin sovet dəyərləri ilə tərbiyə olunub və Rusiyanın böyüklüyünü qaytarmaq üçün öz xarici siyasətində SSRİ-nin taktikasından istifadə edir”.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Times” nəşrinin əməkdaşı Tudd Vud yazıb.

Onun sözlərinə görə, prezident Putin hakimiyyətdə olduğu müddətdə ölkədə ciddi dəyişikliklər baş verməyəcək.

“Putin əvvəlki kimi kommunizmə, həmçinin Sovet İttifaqına inanır. Daha dəqiq danışsaq, o yüz il əvvəl Rusiyada monarxiyanın devilməsindən sonra ölkənin böyüklüyünü qaytarmaq üçün SSRİ-nin istifadə etdiyi taktikalardan istifadə edir. Sovet İttifaqı üçün idman Qərblə yarışmaq, kommunist həyat tərzinin üstünlüyünü göstərmək və vətənpərvərliyi artırmaq üçün əlavə üsul idi. Və bu işdə bütün vasitələr yaxşıdır, hətta dopinq”, - o yazıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dekabrın 6-da İsveçrənin Lozanna şəhərində keçirilən toplantısında qəbul etdiyi qərarla Rusiyanı 2018-ci il Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Rusiyalı idmançılar dopinqdən istifadədə günahlandırılırlar. Onlar Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək beynəlxalq tədbirdə neytral bayraq altında çıxış edə biləcəklər.

Məqalə müəllifi hesab edir ki, Rusiyanın hərbi xərclərini artırması da sovet vaxtlarını xatırladır: “Rusiyanın Suriya və Ukraynadakı hərəkətləri də həmçinin sovet strategiyasını xatırladır. Putin qlobal təsirə cəhd edir və buna görə də silahlanmada sovet taktikasını əsas götürür. Qərbə qarşı kiberhücumlardan istifadə, demokratiyamızı və bizim həyat tərzimizi etibardan salmaq cəhdləri Dövlət Təhlükəsizlik Komitəsinin klassik taktikasıdır”.

Onun sözlərinə görə, çətin ki, indiki hökumət dövründə Rusiya böyük hərbi paradları keçirməyi dayandıracaq və SSRİ-də yaşamış nəsil Lenini dəfn etməyə icazə verəcək.

“Düşünürəm ki, Lenini dəfni və Putinin hakimiyyətdən gedişindən sonra Rusiya nəhayət, yaxşı gələcək üçün şans qazanacaq”, - Amerika nəşrinin jurnalisti proqnozlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 382          Tarix: 8-12-2017, 17:16      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar