Xəbər lenti

“Ukraynadakı hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya və Avropa münasibətlərini bərpa etməli olacaqlar, lakin bu münasibətlər yeni əsasda qurulmalı olacaq”.

Bunu jurnalistlərə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya heç bir Avropa ölkəsinə təhlükə yaratmır.

“Ümid edirik ki, Avropada da heç kim Rusiya Federasiyasını özünə təhlükə bilmir. İstənilən halda necə yaşayacağımızı öz aramızda razılaşdırmalıyıq. Coğrafi baxımdan biz bir-birimizdən heç yerə qaçası deyilik, hər bir halda, biz yeni əsasda əlaqələr qurmalıyıq”, - D.Peskov vurğulayıb.

Mənbə: İnterfax




Ana səhifəyə qayıt        Baxış: 2 861          Tarix: 26-04-2024, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma