Xəbər lenti

“ABŞ Suriyada Fərat çayının şərq sahilində öz nəzarətində olan kvazidövlət yaratmağa çalışır”.

Trend-in məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, bölgədə öz yerli idarəetmə orqanları və hətta silahlı qüvvələri olan dövlətin yaradılması cəhdləri müşahidə olunur.

S.Rudskoy əlavə edib ki, Suriya ordusu ölkədə müharibənin davam etdiyi müddətdə 65 minə yaxın terrorçu məhv edib.

 




Ana səhifəyə qayıt        Baxış: 792          Tarix: 4-04-2018, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma