Xəbər lenti

  

"ABŞ-ın addımları Suriya ərazisinin böyük hissəsində, Fərat çayının şərq yaxasından İraq sərhədinə qədər hissəsində dövlətə bənzər bir quruluş yaratmaq xəttinə bənzəyir”.

 Ovqat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Moskvada belçikalı həmkarı Didier Reynderslə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Lavrov Türkiyənin Suriyadakı fərqli kürd qruplarına münasibətini gözardı etməyin dar bir düşüncə tərzi olduğunu bildirirək, bunun nəticələrinin indi ortaya çıxdığını vurğulayıb. O, ABŞ-ı Suriyanın ərazi bütövlüyünü təhlükəyə atan birtərəfli addımlar atmaqda günahlandırıb: "ABŞ Suriyada hər kəs üçün qəbul edilə bilən bir güc dəyişikliyi prosesi başa çatanacan qalmaq istədiyini bildirir. Bu isə rejim dəyişikliyi deməkdir. ABŞ-ın atdığı addımların Fərat Çayının şərqindən başlayaraq İraq sərhədinə qədər coğrafiyada dövlətəbənzər quruluş yaratmağa yönəldiyini düşünərəm”.

 

Lavrovun fikrincə, ABŞ hər kəsin, xüsusilə də Türkiyənin bu plana qarşı etirazına rəğmən, sərhəd gücü qüvvələri quraraq SDG-yə (PYD/PKK) geniş maliyyə yardımları edir: “Türkiyənin müxtəlif kürd qruplara münasibətini isə bilirik. Ankaranın mövqeyi fərqli dəyərləndirilə bilər, ancaq bu yanaşma həqiqətdir. Bu dar dünyagörüşünün Afrin də daxil olmaqla, yaratdığı vəziyyəti görürük".

Buna baxmayaraq, Lavrov kürdlərin Suriyadakı siyasi həll proseslərinə qatılmasına tərəfdar olduqlarını təkrarlayıb və onları Suriya cəmiyyətinin dəyişməz tərkib hissəsi adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 13-02-2018, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma