Xəbər lenti

Yəmənin xüsusi təyinatlı qüvvələri keçirdikləri xüsusi əməliyyat nəticəsində İŞİD qruplaşmasının yerli rəhbərlərindən birini məhv edib, 3 silahlını isə əsir götürüb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyat zamanı xüsusi təyinatlı qüvvələrin bir əməkdaşı həlak olub, bir nəfər də yaralanıb.

Terrorçular tərəfindən Ədən-Əbyan vilayətinin qondarma əmiri elan olunmuş Saleh Nasir əl-Bəxşi aprelin 28-də səhər saatlarında Ədən şəhərinin şərqində öldürülüb.

Qeyd edək ki, son illər İŞİD qruplaşması 2014-cü ildən bəri vətəndaş müharibəsinin davam etdiyi Yəməndə yaranan gərgin vəziyyət fonunda ölkədəki aktivliyini artırmağa başlayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 28-04-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma