Xəbər lenti

İŞİD terror qruplaşmasının İraqın Mosul şəhərindən qaçan dinc sakinlərə hücumu nəticəsində 32 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi İraq federal polisinin nümayəndəsi Əhməd Qasim əl-Übeydiyə istinadən xəbər verib.

Onun sözlərimnə görə, biri qadın olmaqla, İŞİD-in iki kamikadzesinin dinc sakinlər arasında partlayıcı qurğuları işə salması nəticəsində 5-i uşaq, 10-u qadın olmaqla, 23 nəfər həyatını itirib. Polis nümayəndəsi qeyd edib ki, hadisənin baş verdiyi ərazi İŞİD silahlılarının nəzarəti altında olduğundan ölənlərin cəsədləri partlayışın törədildiyi yerdə qalıb.

Übeydi bununla yanaşı qeyd edib ki, İŞİD-in dinc sakinləri hədəfə alan raket hücumları nəticəsində daha 9 nəfər öldürülüb.

Bununla yanaşı, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus hərbi hava qüvvələrinin hücumu zamanı da İraq polisinin 15 əməkdaşı həlak olub.

 




Ana səhifəyə qayıt        Baxış: 1 061          Tarix: 4-07-2017, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma