Xəbər lenti

ABŞ-ın sanksiyaları ilə əlaqədar İranın xam neft ixracı azalır.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, rəsmi Tehranın neft ixracı apreldən indiyədək 28 faiz azalıb. Belə ki, İranın neft ixracı bu ilin aprel ayından bu vaxtadək gündəlik 810 barrel aşağı düşüb.

İranın Neft Nazirliyinin məlumatlarına görə, rəsmi Tehran apreldə gündəlik 2,87 milyon barrel neft ixrac edib. Bu həcmin təxminən 1,4 milyon barreli Çin  Hindistana göndərilib. May ayında sutkada 2,7 milyon barrel neft ixrac edən İranın neft satışları iyunda 2,61 milyon barrelə geriləyib. Bu dövrdə İran 2 milyon 280 min barrel xam neft və 330 min barrel qaz kondensatı ixrac edib.

İyulda ABŞ-ın İrana qarşı tətbiq etdiyi ilk sanksiyaların qüvvəyə minməsi nəticəsində rəsmi Tehranın neft ixracı həmin ay 2,3 milyon barrelə düşüb. Çin və Hindistan iyulda İrandan neft idxalını artırıb, Koreya Respublikası və Yaponiya isə azaldıb. İyun ayında Çin İrandan gündəlik 722 min barrel xam neft idxal edib, bu göstərici iyulda 799 min barrelə çatıb. Hindistanın iyulda İrandan neft idxalı əvvəlki aya görə 40 min barrel artaraq sutkada 706 min barrelə yüksəlib.

Avqustda Çin İrandan neft idxalını artıraraq gündəlik 874 min barrelə çatdırıb. Əvvəlki ayla müqayisədə Hindistanın İrandan neft idxalı 32 faiz azalaraq sutkada 523 min barrel olub. Koreya Respublikası isə keçən aydan etibarən İrandan neft idxalını tamamilə dayandırıb. Beləliklə də avqustun sonunda İranın neft ixracı sutkalıq 2 milyon 60 min barrelə düşüb.

Qeyd edək ki, İran neftini hədəf alan ABŞ-ın ikinci sanksiyalar paketi noyabrın 5-dən qüvvədə olacaq.

İran təxminən 158 milyard barrel xam neft ehtiyatı ilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə Venesuela və Səudiyyə Ərəbistanından sonra 3-cü sırada qərarlaşıb, dünyada isə Kanadadan sonra ən böyük 4-cü ölkədir.

 




Ana səhifəyə qayıt        Baxış: 61          Tarix: 15-09-2018, 15:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent