Xəbər lenti

2018-ci ildə qlobal neft tələbatı 98,7 milyon barrelə yüksələcək.

Azərtac xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, martda qlobal neft təklifi fevral ayı ilə müqayisədə gündəlik 180 min barrel artaraq 98 milyon 150 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkalıq 380 min barrel çoxalaraq 66 milyon 200 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, qlobal neft tələbatı bu il 2017-ci illə müqayisədə gündəlik 1 milyon 630 min barrel artaraq 98 milyon 700 min barrelə çatacaq. Bu ilin dördüncü rübündə qlobal neft tələbatının gündəlik 100 milyon barrel artması gözlənilir.

Martda OPEC-in neft tələbatı keçən ayla müqayisədə dəyişməyib. Bu il qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə sutkalıq 1 milyon 700 min barrel artaraq 59 milyon 610 min barrelə çatacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 14-04-2018, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma