Xəbər lenti

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanda parlament önündəki kütləvi etirazlardan sonra altı naziri istefaya göndərib. Həmin məmurlar «Çiçəklənən Ermənistan» və «Daşnaksutyun» partiyalarını təmsil edirdilər, onlar növbədənkənar seçkilərin keçirilməsini çətinləşdirən dəyişikliklərə dəstək veriblər.

Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarı baş nazir Nikol Paşinyandır. Səsvermədən sonra o, tərəfdarlarını Yerevanın mərkəzində etiraz aksiyaları keçirməyə çağırıb. Paşinyan mitinqdə baş nazir vəzifəsindən gedəcəyinə söz verib. Onun iki dəfə baş nazir seçilməyəcəyi təqdirdə, Konstitusiyaya əsasən, parlament buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Paşinyan sözügedən seçkilərin dekabrda keçiriləcəyini deyir.

N.Paşinyan Ermənistana mayın 8-dən rəhbərlik edir. O bu vəzifəyə aprelin ortalarından başlayaraq ölkəboyu davam edən kütləvi etirazlardan sonra gəlib. Beləliklə, etirazçılar 10 ildən çox ölkəyə rəhbərlik edən Serj Sarkisyanın vəzifədən getməsinə nail olublar.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 3-10-2018, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma