Xəbər lenti

Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.

“TRThaber” xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə bildirib.

Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.

NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 346          Tarix: 18-10-2018, 15:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma