Xəbər lenti

Rusiya müxalifətinin lideri Aleksei Navalnı Rusiya Milli Qvardiyası başçısının “duel” çağırışını qəbul etdiyini bildirib və bu duelin yeri kimi Rusiyanın dövlət telekanallarından birinin canlı efirini təklif edib.

Oktyabrın 18-də bir az məzəli, amma kifayət qədər kəskin videomüraciətində Navalnı Rosqvardiyanın direktoru Viktor Zolotova təşəkkür edib. Navalnının bu müraciətindən əvvəl keçmiş poladəridən və Vladimir Putinin uzun müddət təhlükəsizlik xidmətinin başçısı olmuş Zolotov rəsmi hərbi geyimdə çəkildiyi videoda müxalifət liderini duelə çağırmış, onu xurd-xəşil edəcəyi ilə hədələmişdi.

Həmin vaxt Navalnı dəmir barmaqlıqlar arxasında idi. O təşkil etdiyi etiraz aksiyaları ilə bağlı artıq neçənci dəfə idi ki, həbs olunmuşdu. İndi isə Navalnı özünün yazdığı videoda deyir: “Mən sizin çağırışınızı qəbul edir və bizim duelimizin yeri kimi dövlət telekanalının canlı efirində debat təklifi edirəmBizim duelimiz 1-ci, 2-ci və ya hər hansı federal telekanalda olacaq”.

Navalnının bu videosunda habelə “Ulduz Müharibələri” filminin qəhrəmanlarının obrazlarından, Miki Mous və mərhum təkbətək döyüş ulduzu Brus Linin görüntülərindən istifadə olunub. Navalnı Zolotova cavab üçün bir həftə vaxt verib.

Navalnı Zolotovu və Putin administrasiyasını dəfələrlə tənqid edib. O bildirıb ki, Zolotovun duel çağırışı Rusiyada qeyri-adekvat və divanə adamların hakimiyyətdə olduğunu isbat edir. Navalnı bildirir ki, Zolotov və Putin Rusiyanı banan respublikasına çeviriblər.

Navalny öz tənqidi videolarında Moskva və Rusiyanın başqa regionlarında Zolotov və onun ailə üzvlərinə məxsus olduğu iddia edilən imarətlərin görüntülərini verib. Navalnı bu mülklərin oğurluq pulla alındığını iddia edir.

Buna cavab olaraq sentyabrda yaydığı videoda Zolotov Navalnı və Putinin başqa tənqidçilərinin çürümüş, paslanmış və aşılanmış adamlar olduğunu söyləmişdi. O iddia edirdi ki, bu adamlar üçün vətən anlayışı yoxdur.

Zolotov videoda deyirdi: “Mən sadəcə olaraq səni rinqdə, cüdo tatamisi üzərində və ya hər hansı başqa yerdə duelə çağırıram”. Navalnının cavab videosuna Milli Qvardiya rəhbərinin münasibəti hələlik məlum deyil.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 292          Tarix: 19-10-2018, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma