Xəbər lenti

“Səudiyyəli jurnalist Camal Xaşuqcinin həmin ölkənin İstanbuldakı konsulluğunda qəddarlıqla qətlə yetirilməsi anomaliyadan da uzaqdır. Ancaq bu il dünyada 73 jurnalist qətlə yetirilib, çoxu da elə Səudiyyə rejimi kimi Birləşmiş Ştatların sıx müttəfiqi olan ölkələrdə. Beynəlxalq Mətbuat İnstitutuna görə, jurnalistlərə qarşı zorakılıq və günahkarların cəzasız qalması bugünkü dünyamızda media azadlığına ən böyük təhdidlərdən yalnız ikisidir”.

Strateq.az xəbər verir ki, bu haqda “Project Syndicate” portalında Daoud Kuttab yazır.

Müəllif qeyd edir ki, hökumətlər jurnalistlərə qarşı kökə və kötəkdən istifadə edirlər, jurnalistlərin rəsmi siyasəti dəstəkləməsi üçün onları mükafatlandıra, digər rüşvət formalarına əl ata bilərlər. Amma satılmaqdan imtina edənlər ya təməl hüquqlardan məhrum olurlar, məsələn, pasportları yenilənməyə bilər, ya da nüfuzları darmadağın edilir. Üstəlik, ABŞ Prezidenti Donald Trampın jurnalistləri “saxta xəbərlər” yayanları düşmənlər adlandırması da avtokratik rejimlərin əlinə oynayır.

Həbs avtokratik rejimlərin həqiqəti söyləməyə cəsarət edən jurnalistləri susdurmasının daha bir yoludur. Misirdə “Əl Cəzirə”-nın jurnalisti Mahmud Hüseyn iki ildir məhkəməsiz həbsdə saxlanır. Birləşmiş Ərəb Əmirliklərindən iordaniyalı jurnalist Tayser əl-Nəccar üç illik həbs cəzası çəkir, sosial mediada yaydığı posta görə üzərinə qoyulmuş 136 min dollarlıq cəriməni ailəsi ödəyə bilməsə, cəzası uzadıla bilər. Türkiyədə isə 2016-cı ilin uğursuz iyul çevrilişindən sonra 150-dən çox jurnalist həbsə atılıb.

Və əlbəttə ki, həqiqətə xidmət etdiyinə görə ən ağır qurban verənlər də var. Bir hesablamaya görə, bu il indiyədək 73 jurnalist qətlə yetirilib. Ötən il 12 ölkədə beşdən çox jurnalistin qətlinin üstü açılmayıb. Buraya təkcə müharibə gedən İraq, Somali, Suriya kimi ölkələr deyil, Braziliya, Hindistan, Meksika, Nigeriya və Rusiya kimi demokratiyalar və psevdo-demokratiyalar da daxildir”, – yazan müəllif ABŞ və digər Qərb ölkələrinin müttəfiqləri olan belə ölkələrin hərəkətlərinə görə heç bir siyasi, yaxud diplomatik bədəl ödəmədiyini vurğulayır.

Bu mənada, Xaşuqcinin qətli də güclü bir mesaj göndərmiş olur. Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu qətli sifariş etməsinə güclü inam olsa da, Səudiyyə Ərəbistanının maliyyə dəstəyindən asılı, inkişaf etməkdə olan ölkələrdəki jurnalistlər və insan haqları fəallarından nəzakətlə (bəzən elə də nəzakətlə deyil) susmaları istənilir. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 253          Tarix: 6-12-2018, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma