Xəbər lenti

 

İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, Uyğur Respublikası, Kəşmir və Çeçenistanla bağlı mövqeyini tənqid edib.

Qaynarinfo.az xəbər verir ki, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlama verib, İranın xarici siyasəti ilə razılaşmadığını dilə gətirib:

"Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik".

Millət vəkili ölkəsinin Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf edib: "Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində də Azərbaycanın haqlı olmasına rəğmən etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Çinin Uyğur vilayətindəki müsəlmanlara, Rusiyanın çeçenlərə qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik"




Ana səhifəyə qayıt        Baxış: 86          Tarix: 26-08-2019, 14:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent