Xəbər lenti

 

Mübahisəli Cammu və Kəşmir bölgəsinin rəhbərliyi regionun paytaxtı Srinaqar şəhərində məktəblərin bir hissəsini və bütün rəsmi dövlət qurumlarını açıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli telekanallar bu qərarın Hindistan hökumətinin bu ərazinin ştat statusunu ləğv etməsindən sonra Cammu və Kəşmirdə tətbiq olunan sərt təhlükəsizlik tədbirlərinin yüngülləşdirilməsinə başlanma olduğunu qeyd edirlər.

Hələlik Srinaqarda fəaliyyət göstərən, təxminən, 900 məktəbdən yalnız 196-sı açılacaq. Səlahiyyətlilər təhlükəsizlik məsələsi ilə əlaqədar valideynləri övladlarını yalnız bu məktəblərə göndərməyə çağırıb.

Bu gün bütün dövlət qurumları açılmalıdır. Rəsmilər həmçinin şəhər telefonlarının üçdə ikisini də bərpa ediblər. Mobil rabitə və internet xidmətləri yalnız təhlükəsizlik durumunun hərtərəfli təhlilindən sonra bərpa ediləcək.

Eyni zamanda Cammu və Kəşmirin keçmiş baş nazirləri Ömər Abdulla  Məhbubə Müfti də daxil olmaqla, bir çox yerli siyasətçi və müxtəlif partiyaların fəalları hələ də həbsdə saxlanılırlar. 




Ana səhifəyə qayıt        Baxış: 367          Tarix: 19-08-2019, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma