Xəbər lenti

Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan balıq idxalına müvəqqəti qadağa tətbiq edib.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, qərar "Qoyteks" şirkətinin balıq məhsullarında "zelyonka" məhlulunun aşkar olunması ilə əlaqədardır.

Qeyd olunur ki, sentyabrın 5-dən etibarən bu müəssisənin məhsullarının Rusiyaya idxalına məhdudiyyət qoyulub.

Bundan başqa, Qazaxıstandan idxal olunan süd məhsulunda bağırsaq çöpünü aşkar olunması ilə əlaqədar bu məhsulun idxalı da qeyri-müəyyən müddətə qadağan edilib.




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 4-09-2019, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma